Namazın hər rükətində bir rüku və iki səcdə olmasının hikməti nədir?

    08.07.2022
Kimdən: 
Xanim
Sual: 
Salam men bilmek isteyiremki ,namazin 1 ruketinde 1defe ruku edib 2 defe secde edirik niye namazda 1ci hemd sure vacibdir ana sora istenilennsure deyile biler sebeb?xahis edirem etrafli cavab yazin
Cavab: 

Va aleykum Salam. Ümumiyyətlə İslam dinində ibadətlərin necəliyinin səbəbi barədə sual vermək düzgün deyil. Çünki ibadətlər Uca Allah tərəfindən buyurulmuşdur və bu ibadətlərin necəliyinin hikmətini yalnız O bilir. Bizim üzərimizə düşən isə yalnız "eşitdik və itaət etdik" (əl-Bəqərə, 258) deməkdir. Namazda əl-Fatihə surəsini deməyin nə üçün vacib olmasına gəlincə, bunu əl-Fatihə surəsinin fəzilətini bilməklə başa düşmək olar. Çünki əl-Fatihə surəsi məna baxımından bütün Quranı özündə cəm etmişdir. Bu surənin bənzəri əvvəlki peyğəmbərlərdən heç birinə verilməmişdir. Həmçinin əl-Fatihə surəsini bütün rükətlərdə demək vacibdir. Bu barədə ətraflı oxuyun:

Teqlər: 
Paylaş: