Əmizdirmənin sayı dəqiq bilinmirsə bu əmizdirmə süd qohumluğu yaradırmı?
Va aleykum Salam. Bir qadının uşağa süd anası sayılması üçün onu beş dəfə doyana qədər əmizdirməlidir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Bir iki dəfə süd vermək və ya süd sormaq haram etmir". (Muslim, 1451.) Aişə (Allah ondan razı olsun) demişdir: "Əvvəlcə Quranda on dəfə süd əmməyin haram etməsi nazil olmuşdu. Sonra bu say ləğv edilib beşə endirildi. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) vəfat edəndə bəzi insanlar hələ də bu ayələri Qurandan hesab edirdilər". (Muslim, 1452; Əbu Davud: 2048). Həmçinin südvermə iki yaş ərzində olmalıdır. İki yaşdan yuxarı südəmizdirmə süd qohumluğu yaratmır. Ummu Sələmə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: "Süd əmizdirmə müddətində (yəni iki yaşa qədər) və süddən kəsilmədən öncə, mədəni dolduran (tam doyma ilə bitən) südvermə haram (məhrəm) edir". (Tirmizi, 1162). Əgər əmizdirmənin sayı dəqiq bilinmirsə, bu halda əmizdirən qadın uşağa süd anası sayılmır. Ətraflı oxuyun: