Namazdan sonra xanım Fatimeyi Zəhranı zikr etmək doğrudur?

    09.05.2014
Kimdən: 
Əsma
Sual: 
Salam aleykum. Namazimi bitirdikden sonra Hz. Fatimeyi Zehrani zikr edirem. Bu dogrudurmu? Dogrudursa onun savabi ve ya ehemiyyeti nedir?
Cavab: 

Və aleykum Salam. Zikr ibadətin bir növüdür, bütün ibadətlər isə Uca Allah üçün edilir. Ona görə də, istər Fatimeyi-Zəhra, istər Məhəmməd peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) özünü zikr edərək onları Allaha bərabər tutmaq olmaz, çünki Allahdan qeyrisini zikr etmək ən böyük günah olan şirk (Allaha şərik qoşmaq) sayılır. Bu, həmin insanların şənini aşağı salmır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) özü də namazda və digər ibadətlərdə yalnız Uca Allahı zikr edərdi. Daha ətraflı: Salam verib namazı bitirdikdən sonra edilən zikrlər

Paylaş: