Qüslsüz olduğum üçün buraxdığım namazları qəza etməliyəmmi?

    08.07.2022
Sual: 
Salam.Men korona tutmusdum ve ciyerlerim suse baglamisdi Hekim 14 gun erzinde cimmeye icaze vermedi ve coxlu spirle elimizi silirdik nefes yoluyla daxile cekirdiki ciyardaki suseler dagilsin .Bu muddet erzinde qusul alamadigim ucun qila bilmediyim namazlarim qeza sayilirmi? Bunu ha fikirlesirdim sizin sorgu cavab qarsima cixdi Mene bu barede melumat vere bilersinizmi.Evvelceden tesekur edirem
Cavab: 

Va aleykum Salam. Namaz elə bir ibadətdir ki, ağıl başda olduğu müddətdə, istənilən halda və vəziyyətdə bu ibadəti yerinə yetirmək vacibdir. Əgər qüsl almaq mümkün deyilsə və ya xəstəlik səbəbindən qüsl almaq sağlamlığa zərər verə bilərsə, bu halda təyəmmüm edib namazları qılmaq lazımdır. Təyəmmüm barədə ətraflı oxuyun:

Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?
Təyəmmüm etməyin qaydası

Qüsl ala bilmədiyiniz üçün namazları tərk etməklə səhv etmisiniz. Lakin hökmünü bilmədiyiniz üçün buna görə sizə günah yazılmır. 14 gün ərzində buraxdığınız namazları tədricən hissə-hissə qəzasını qılın. 

Teqlər: 
Paylaş: