Qurani-Kərimin tərcüməsini dəstəmazsız oxumaq olarmı?

    11.07.2022
Kimdən: 
.
Sual: 
Salam Aleyküm.Her vaxdiniz xeyir.size 2 sualim var.birinci sualim.- mende Azerbaycanca Quran kitabı var.cox vaxd destamazsiz ve başı aciq oxuyuram. Quran kitabının tercumesini bu vur oxumaq olarmi?gunahmi?.2_ci sualim.men yatanda Cox vaxd telefondan quran oxuyuram.ya qurani dinleyirem.ya Muxtelif yerlerden ayeler oxuyuram.ancaq.paltarim munasib olmur yeni yataq paltarinda oluram.ya uzaniqli olursam.bele oxumaq gunahmi? Evvel eden cavabiniz üçün teşekkürler.
Cavab: 

Va aleykum Salam.

1) Qurani-Kərimin mənaca tərcüməsini dəstəmazsız oxumaq icazəlidir. Bəzi alimlər ərəbcə yazılmış Quranı da dəstəmazsız oxumağın icazəli olduğunu demişlər. Quranı, istər ərəbcə olsun, istər tərcüməsini hicablı oxumaq isə vacib deyil. Ətraflı oxuyun: Quranı Azərbaycanca oxumağın savabı varmı və oxuyanda dəstəmaz vacibdirmi? 


2) Uzanaraq Quran oxumaq və ya dinləmək icazəlidir. Həmçinin yataq paltarında olmağınız da günah deyil. Uca Allah buyurur: "Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür­ (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!" (Ali İmran, 190-191). Quran oxumaq ən əzəmətli zikr sayılır. 

Teqlər: 
Paylaş: