Dindən çıxmaq, imanı itirməklə bağlı ağlıma fikirlər gəldiyi üçün qorxuram...
Va aleykum Salam. Bu, şeytanın sizə verdiyi vəsvəsələrdir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Allah vəd etmişdir ki, ümmətim müəyyən bir əməl etməyincə və ya bir söz danışmayınca, onların qəlbinə gələn vəsvəsələrə və ya qəlbindən keçən fikirlərə görə onları cəzalandırmayacaqdır” (əl-Buxari, 6664). Uca Allah səmimi qəlbdən Ona yönələn heç bir qulun əməlini puç etməz. Uca Allahın adlarından biri də "əş-Şəkur"dur, əş-Şəkur olan Allah, insanların günahlarını bağışlayan, onların etdikləri yaxşı əməllərin mükafatını qat-qat artıraraq verəndir. Ona görə belə fikirlərə əhəmiyyət verməyin, Allaha olan ibadətlərə davam edin və ruhdan düşməyin. Ətraflı oxuyun:
Allah qəlbimizdən keçənlərə görə bizi cəzalandıracaqmı?
Allah haqqında pis şeylər düşünmək günahdırmı?
Vəsvəsə nəticəsində "mən müsəlman deyiləm" deyən insan dindən çıxırmı?