Qohumunun pis yolda olduğunu zənn edən bunu onun valideynlərinə bildirməlidirmi?

    03.11.2022
Kimdən: 
Hüseyn
Sual: 
Menim dayimqizi mene ele gelir ki,pis yoldadir,onu valideynlerine demeye qorxuram,ne edim bilmirem, dayımi gorende utanıram, zehmet olmasa meslehet veresiniz,Allah hamiya kömek olsun Amin!
Cavab: 

Əssələmu aleykum. Sualda "pis yol" dedikdə nəyi nəzərdə tutduğunuz aydın olmadığı üçün sualınız tam cavab verə bilmərik. Əgər zina etdiyini nəzərdə tutursunuzsa, bilməlisiniz ki, bir kəsi zinada ittiham etmək çox ağır və məsuliyyətli məsələdir. Bu ittihamı kiməsə aid etmək üçün açıq-aydın dəlillər olmalıdır. Əgər buna açıq-aydın dəliliniz varsa, bu halda ilk növbədə dayınızın qızına nəsihət edin və onu bu əməldən çəkindirməyə çalışın. Əks təqdirdə valideynlərinə xəbər verəcəyini bildirin. Əgər bu əməldən çəkinməzsə, bu halda valideynlərinə bildirin. Həmçinin oxuyun:

Paylaş: