Həyat yoldaşını zinada ittiham edən, lakin dörd şahidi olmayan ər nə etməlidir?

    03.09.2021
Sual: 
Islamda necedi?qadina qarsi subhe varsa ailede ne etmeye icaze verilir qadin xeyanetini nece isbat etmek olar 4 sahid olmur indi kim gunahi 4 sahidin yaninda ederki? Bu nece hell olunur?anasida qizina komek edir bu gunahi islemeye. Evli qadinla zina edmeyin cezasi nedi bu dunyada
Cavab: 

Salam aleykum. Hər şeydən əvvəl bilməlisiniz ki, bir kəsi zinada ittiham etmək çox ağır və məsuliyyətli məsələdir. Bu ittihamı kiməsə aid etmək üçün açıq-aydın dəlillər olmalıdır. Sadəcə zənlə və ya yəqin bilmədiyiniz bir şeyə əsasən belə qənaətə gəlməyiniz şəriətə uyğun deyil. Ürəyinizə gələn fikirlər şeytanın vəsvəsələri də ola bilər. Bu səbəbdən İslam dini bir kəsə zinakar hökmü verərəkən çox ciddi şərtlər qoymuşdur. Belə ki, dörd nəfər şahid zina edən kişi və qadının münasibətdə olduqlarını görməlidir. Uca Allah buyurur: "Qadınlarınızdan zina edənlərə qarşı aranızdan dörd şahid gətirin" (ən-Nisa, 15). Əksinə, Uca Allah dəlilsiz-sübutsuz kimisə zinada ittiham edənləri şiddətli əzabla hədələyərək buyurur: "Murdar əməldən xəbəri olmayan ismətli mömin qadınları zinada günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir" (ən-Nur, 23). 

Bu məsələdə hamı eynidir, istər ittiham edənlə ittiham olunan yad insanlar olsunlar, istər ər-arvad olsunlar. Lakin ər-arvad biri-birilərinə daha yaxın olduqları üçün, həmçinin ərin qadın üzərində haqqı olduğu üçün İslam dini bu məsələdə ər-arvada çıxış yolu qoymuşdur. Bu çıxış yolu da ər-arvadın lənətləşərək həmişəlik ayrılmalarıdır. Uca Allah buyurur: "Arvadlarını zinada günahlandırıb özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi, özünün doğru danışanlardan olmasına dair dörd dəfə Allahı şahid tutması, beşinci dəfə isə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!”- deməsidir. Qadının da ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə Allahı şahid tutması cəzanı ondan dəf edər. Beşinci dəfə: “Əgər ər doğru danışanlardandırsa, Allah o qadına lənət eləsin!”- deməlidir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən və Müdrik olmasaydı yalan danışanlar Allahın lənətinə gələrdilər" (ən-Nur, 6). Bu ayənin təfsiri barədə ətraflı oxuyun:

İslamda zinakarın cəzasına gəlincə, bu cəza zina edənin evli və ya subay olmasına görə dəyişir. Belə ki, subay zinakarın cəzası yüz çubuq vurulması və bir il yaşadığı yerdən sürgün olunmasıdır. Evli zinakar isə daşqalaq edilməklə öldürülür. Bu cəzalar fərdi insanlar tərəfindən deyil, şəriət məhkəməsi tərəfindən tətbiq olunur. Şəriət məhkəməsi olmayan ölkələrdə isə bu hökmlər tətbiq olunmur. Həmçinin oxuyun:
Paylaş: