Üçüncü və dördüncü rükətlərdə nə üçün yalnız əl-Fatihə surəsi oxunur?
Sual:
Salam. 3 və 4 cü rükətlərdə niyə yalnız Fatihə deyilir? Və birdə kişi necə geyinməlidir Namazda?
Cavab:
Va aleykum Salam.
1) Bu cavabı oxuyun: Namazın 3 və 4-cü rükətlərində Fatihədən sonra əlavə surə oxumaq olarmı?
2) Dinimiz namazda kişilər üçün xüsusi geyim buyurmamışdır. Kişi geyindiyi gündəlik paltarla namaz qıla bilər. Əsas olan namazda örtülməsi buyurulan yerlərin örtülü olmasıdır. Həmçinin çiyinləri açıq halda namaz qılmaq bəyənilmir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Sizdən biriniz çiyinləri olmayan bir paltarda namaz qılmasın!" (Buxari, 359; Muslim, 516). Həmçinin oxuyun: Müsəlman kişi necə geyinməlidir?