İki nəfər birlikdə namaz qılarkən, sonradan gələn namaza necə qoşulmalıdır?
Sual:
Əs sələmu aleykum və rahmətullahi və bərakətuhu.
İki nəfər birlikdə namaz qılarkən, sonradan gələn biri namaz əsnasında namaza qoşularsa imamın sağındakı şəxs sonradan gələnin yanına keçməlidir?
Cavab:
Və aleykum Salam və Rahmətullahi və Bərakətuhu. İki nəfər camaat namazı qılarkən üçüncü bir şəxs gəlib onlara qoşulmaq istəsə, əgər arxada yer varsa imamın yanında (sağında) dayananı arxaya çəkməklə ona qoşulur. Əgər arxada yer yoxdursa, bu halda imamın çiyninə yüngülcə vurmaqla onun qarşıya keçməsinə işarə edir və özü imamın yanındakı şəxsə qoşulur. Həmçinin oxuyun:
Camaat namazı necə qılınır və camaat namazına sonradan qoşulan etməlidir?