Bilmədən qəza edilən namazlar qəbul olunurmu?

    03.01.2023
Sual: 
Salam, inşəAllah yaxşısınız. Mən bir neçə dəfə məcburiyyətdən zöhrü əsr girəndən sonra, şamı da işa girəndən sonra qılmışam. Amma mən elə bilirdim ki, əsrin vaxtı çıxanadək zöhrü, işanın vaxtı çıxanadək şamı qılmaq olar, yəni səhv etdiyimi bilmirdim. İndi namazlarım qəbul olmayıb, ya qəza olub, ya günah olub? Bilmək istəyirdim.
Cavab: 

Va aleykum Salam. Uca Allah hər bir namazı öz vaxtında qılmağı əmr edərək buyurur: "Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238). "... Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən-Nisə, 103).  
"Vay halına namaz qılanların – o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar". (əl-Məun, 4-5).
Lakin siz bunu bilmədən etdiyinizə görə üzrlü sayılırsınız, buna görə sizə günah yazılmır və namazlarınız qəbuldur. Uca Allah buyurur: "Səhvən (bilmədən, qəsdisiz) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurub: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043). Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: