Bilmədiyi üçün illərlə dəstəmaz və qüslü səhv alan şəxsin ibadətləri qəbul olurmu?

    04.08.2020
Sual: 
Salam Aleykum İlk Öncə Sualım Yəqinki Bu Məkan Sünnüdü?Bir Çox Bilmıdiyim Məlumatlar var və ətrafındsda belə örgənıcək biri yoxdu.Sizlərodə narahst etməzsəm Sizlər sayədində suallarımı verib hər gun örgənərdim.Bir insan qüsulunu, dəsdəmazını illərlə səf alırsa bunun hökmü nədir? Və mən Həddi Buluğa Çatdıqdan iki il sonra namaza başladım.bir ara 1 ildə qılmadım. Bu namazıarın qəzası varmı.
Cavab: 

Aleykum salam.
1) Bir insan əvvəlki illərdə qüsl və dəstəmazı səhv aldığını bilmişsə, onun əvvəlki namazları və ibadətləri batil deyil, çünki Uca Allah bu ümmətə səhvən və unutqanlıq səbəbindən etdiy günahları bağışlayır. Uca Allah bu xüsusda buyurur: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. "Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!" (əl-Bəqərə, 286). 
Təfsir alimləri bu ayənin təfsirində rəvayət etmişlər ki, "Uca Allah bu ayəni nazil etdi: "Ey Rəb­bimiz, unut­saq və ya xəta etsək, bizi cəzalan­dırma!" və "İstədiyinizi yerinə yetirdim" - dedi. "Ey Rəbbimiz, biz­dən əv­vəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yük­ləmə!". Allah: "İstədiyinizi yerinə yetirdim" - dedi. "...bizi bağışla və bizə rəhm et! Sən bizim Himayə­darı­mızsan! Ka­fir­ləri məğlub etmək­də bizə yardım et!" Allah: "İstədiyinizi yerinə yetirdim" – dedi.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah ümmətim üçün səhvən, unudaraq və məcburən etdikləri günahları bağışlamışdır". (İbn Macəh, 2043, 2045). Həmçinin oxuyun: əl-Bəqərə surəsinin son üç ayəsinin izahı

2) Həddi-büluğa çatdıqdan iki il saonra namaza başlayan əvvəlki iki ilin namazlarını qəza etməməlidir, çünki səmimi tövbə özündən əvvəlkiləri yuyur. Daha ətraflı: Keçmiş illərin qəza namazları qılnmalıdır?

Teqlər: 
Paylaş: