Küfr əməllər edən şəxsi bundan çəkindirməyən özü kafir sayılırmı?
Va aleykum Salam.
1) Yeni il keçirmək qadağandır və bu, özünü xaçpərəstlərə bənzətmək sayılır. Həmçinin yeni il qeyd olunan məclislərdə oturmaq da qadağandır və bu əməli edən qəlbən onlarla razı olmasa belə, zahirən onlara şərik olur və onların etdiyi əməllə razılaşmış olur. Lakin belə məclislərdə iştirak edən kafir olmur. Ətraflı oxuyun:
2) Küfr söz deyən və ya küfr əməl edən insanı gördükdə, qəlbən onunla razılaşmazsa, ona xəbərdarlıq etməsə belə, kafir olmur. Lakin imkan daxilində onu bu sözdən və ya əməldən çəkindirməlidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Sizdən biriniz pis bir işi görərsə, onu əli ilə dəyişsin, bacarmasa, dili ilə, bunu da bacarmasa, qəlbi ilə dəyişsin. Bu da ən zəif imandır". (Muslim, 1/413). Əgər sizə qulaq asmasalar, onların etdiyi əmələ görə sizə günah yazılmır və bunun sizin inancınıza təsiri yoxdur. Uca Allah buyurur: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də, yalnız öz əleyhinədir" (əl-Bəqərə, 286). Həmçinin buyurur: "Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir" (əl-Ənam, 164). Həmçinin oxuyun: