Namaz qılmayan insan oğurluq və zina edənlə eyni dərəcədə günah etmiş sayılırmı?

    12.01.2023
Kimdən: 
Ələkbərl
Sual: 
Salam.Necəsiniz?Namaz qilmamagin böyūk gūnah olduğunu başa ďūşūrəm.Ogurluq etmək,zina etmək də böyūk gunah sayilir.Bununla belə mən belə başa dūşūrəm ki əgər biri namaz gilmirsa zina yaxud oğurluq etmiş adamla eyni gūnah sahibidir.Xahiş edirəm əgər mənim bu fikrim doğrudursa Quran ayəsi və ya hədislərlə izah edin.Cox sağ olun.Allah sizdən razi olsun. i
Cavab: 

Va aleykum Salam. Namaz qılmaq Uca Allahın insanlar üzərində olan bir haqqıdır. Çünki Uca Allah insanı məhz Ona ibadət etmək üçün yaratmışdır. Yaradılışın əsas qayəsi də elə budur. Uca Allah buyurur: “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” (əz-Zəriyət, 56). Oğurluq və zina etmək də böyük günahlardandır. Bu günahları edən insanların haqlarına girmiş olur. Namaz qılmayan insan yaradılış qayəsinə qarşı çıxdığına və Uca Allahın haqqını ödəmədiyinə görə, namaz qıla-qıla oğurluq və zina edən insandan daha böyük günah etmiş sayılır. Bu səbəbdən alimlər namaz qılmayan insanın namaz qıla-qıla oğurluq və zina edən insandan daha böyük günah sahibi olduğunu demişlər. Bir çox alimlər isə namaz qılmayan insanın İslamdan çıxdığını bildirmişlər. Lakin üstün olan rəyə görə namazı səhlənkarlıqdan tərk edən İslamdan çıxmır. Ətraflı oxuyun:

Paylaş: