Rəcəb və Şaban aylarında günaşırı oruc tutmaq olarmı?
Sual:
Salam Aleykum.her il yalnız Receb ve şaban aylarında 1 günden 1 oruc tuta bilərikmi?Davud aleyhsalamin orucunu.
Cavab:
Va aleykum Salam. Davud peyğəmbərin orucu il boyu günaşırı tutulur. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Allahın ən çox xoşuna gələn namaz Davudun qıldığı namaz, ən çox xoşuna gələn oruc isə Davudun tutduğu orucdur. Davud gecənin yarısını yatar, sonra qalxıb onun üçdə birini namaz qılar, sonra da yerdə qalan altıda birini yatardı. Orucu da günaşırı tutardı". (əl-Buxari, 1131; Muslim, 2731). Şaban ayına gəlincə, bu ayda Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) çox oruc tutub. Bu barədə ətraflı oxuyun:
Rəcəb ayına gəlincə, bu ay haram aylardan biridir və bu ayda oruc tutmağın xüsusi fəziləti barədə bir dəlil yoxdur. Lakin ümumi olaraq haram aylarda oruc tutmağın fəziləti barədə hədislər varid olmuşdur. Odur ki, haram ayda oruc tutmağın fəzilətinə nail olmaq niyyəti ilə Rəcəb ayında oruc tutmaq icazəlidir. Həmçinin oxuyun:
Rəcəb və Şaban aylarında nə etmək və Ramazana necə hazırlaşmaq lazımdır?