Dəstəmaz əsnasında hansısa dua və ya zikr deyilirmi?
Sual:
Salam
Dəstəmaz alanda nəsə deyilir mi
Cavab:
Va aleykum Salam. Dəstəmaz alarkən heç bir zikr və ya dua deyilmir. Dəsətəmazdan sonra isə Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) varid olan bu duanı demək müstəhəbdir: [Əşhədu ən lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu va əşhədu ənnə Muhəmmədən abduhu va Rasuluhu. Allahumməc'alni minə-t-təvvabinə vəc'alni minə-l-mutətahhirin] (Mən şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir! Allahım! Məni tövbə edənlərdən et! Və məni təmizlənənlərdən et!). Həmçinin oxuyun: Dəstəmazdan sonra edilən zikr