Ərimdən dinə aid məsələləri soruşduqda cavab vermir, bu nə dərəcədə doğrudur?

    08.02.2023
Kimdən: 
Aygün
Sual: 
Salam Aleyküm 1.mənim yoldaşım namaz qılır quran oxuyur ama din haqqında məsələn ( Peygemberimiz haqqinda bir şey soruşanda günah olan şeylər haqqında soruşanda ) bilmirəm deyir məndən soruşma bu nə dərəcədə düzgündür? 2. Yoldaşım uşağa və mənə heçnə almır heçnə eləmir qaynatam baxır evə pulu olsa belə yoxdu deyir mən ondan pul götürsəm günah etmiş oluram? Gizlin. və o ailəsinə çox qışqırır bir neçə dəfə namazı düzgün qılmadığını görmüşəm bu necə düzgündü ikimiz hərdən qılırıq onda düzgün qılır ama tək düzgün qılmır günahı nədir?
Cavab: 

Va aleykum Salam. Bu cavabları oxuyun:

1) Hər bir kişiyə öz ailəsinə elmi çərçivəsində dini öyrətmək vacibdir. Əgər əriniz elmi olmadığı üçün sizə cavab vermirsə, bu halda qoy bu sualları bilənlərə yönəltsin. Əgər bildiyi halda cavab vermirsə, sözsüz ki, elmi gizlətdiyi üçün məsuliyyət daşıyır və günah edir. Həmçinin oxuyun: Qadın ərindən ona dini öyrətməsini tələb etməyə haqqı varmı?

Əriniz düzgün namaz qılmadığını görürsünüzsə, ona gözəl şəkildə nəsihət edin və bu əməlin onun namazına xələl gətirəcəyini bildirin. Allaha çoxlu dua edərək nəsihətləri davamlı şəkildə və gözəl əxlaqla edin. Sizin nəsihətləriniz fayda verməsə, qoy ona sözünü eşidib dinlədiyi mötəbər insanlar nəsihət etsinlər. Həmçinin oxuyun:
Ərim mənimlə maraqlanmır, nə edim? 
İslama dəvət necə olmalıdır?
Ailədə münaqişələrin yaranmaması üçün nə etmək lazımdır?
Teqlər: 
Paylaş: