Namazı saxlayıb qırx yaşında davam etmək olarmı?

    17.02.2023
Kimdən: 
Natiq
Sual: 
Salam men namazı saxlayıb qismet olsa 40 yaşında davam etdirmek isteyirem. Ne meslehet vere bilersi z?
Cavab: 

Va aleykum Salam. Uca Allahın insanı yaratmasında hikməti insanın Onu tanıması və yalnız Ona ibadət etməsidir. Uca Allah buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım”. (əz-Zariyat, 56). Namaz ən əzəmətli ibadətdir və o, Uca Allahın haqqıdır. İnsanın ağlı başında olan müddətdə namaz qılması vacibdir. İnsan nə zaman dünyadan köcəcəyini bilməz, ölümün onu nə zaman və harada haqlayacağını bilməz. Uca Allah bu haqda belə buyurur: "Heç kəs sabah nə qazanacağını bilməz; heç kəs harada öləcəyini də bilməz". (Loğman 34). Odur ki, namaz qılmaqda davam edin və həyatda olduğunuz müddətdə Allaha ibadət edin. Uca Allah buyurur: "Sənə ölüm gələnədək Rəb­binə iba­dət et" (əl-Hicr, 99). Həmçinin bu cavabları oxuyun:

Teqlər: 
Paylaş: