Namazı qılıb qurtardıqdan sonra xatırlamışam ki, qüslsuz qılmışam
Aleykum salam. Əgər namazı qılıb qurtardıqdan sonra xatırlamısınızsa, dərhal qüsl alıb yenidən namaz qılmaq lazım idi. Artıq üstündən xeyli bir vaxt keçibsə, tövsiyə olunur ki, bu cür etməyi bir daha təkrarlamayasınız. İnşallah namazınız qəbul olunar, çünki bu bilərəkdən baş verməmişdir. Allah Təala buyurur: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!" (əl-Bəqərə, 286).