Universitetdə oxumaq imanıma mənfi təsir edirsə universiteti atmalıyam?

    17.02.2023
Kimdən: 
Muslim
Sual: 
Əssəlamu Aleykum.Valideynlərim məni zornan universitet oxudur.Mən isə oxumaq istəmirəm.İstəməməyimə səbəb universitet başdan ayağa qızla dolu olur.Haram açıq saçıq qızlar və məllimlər,küfürlər,söyüşlər eşidirəm başımı nə qədər aşağı diksəmdə,uzaqlaşsamda mümkün deyil.Buda məni islamdan ibadətdən çox soyudur.Elə soyudur ki, artıq namazda xuşu nədi bilmirəm,təqvamı itirmişəm,ixlasımı itirmişəm,imanım çox zəifləyib, qəlbimdə köksümdə böyük boşluq var.Universitetdə namazlar qəzaya qalır, namazları tələm tələsik qılırsan.Bir sözlə mömin və ya müsəlman üçün deyil universitet.Valideynlərə asilik etmək ən böyük günahlardandı.İxtilafa düşmüşəm.İndi mən nətər edim universiteti atım?atmasam islamdan uz
Cavab: 

Va aleykum Salam. Dinimiz təhsil almağı, savadlı olmağı buyurur. Dövrümüzdə dünyəvi elmlərə yiyələnmiş müsəlmanlara böyük ehtiyac var. Əgər insan dünyəvi elmləri müsəlmanlara yardım etmək üçün öyrənərsə, buna görə savab qazanmış olar. Həmçinin universitetdə təhsili davam etməklə ətrafınızda olanları dinə və ibadətə dəvət etmək üçün gözəl fürsət yaranır. Odur ki, sizə universiteti davam etməyi, lakin bununla belə ibadətləri vaxtında yerinə yetirməyi, özünüzü haramlardan qorumağı tövsiyə edirik.  Həmçinin oxuyun:

Paylaş: