Hansı peyğəmbərin həyat yoldaşı iman gətirməyib?
Sual:
Salam Aleykum Həci narahat etdiyim üçün üzr isdəyirəm Həci hansı Peyğənbərimizin həyat yoldaşı ölənə qədər iman gətirməyib yoxsa bu sadəcə şayədir ? Əvvəlcədən təşşəkürlər
Cavab:
Va aleykum Salam. Əgər sualda Peyğəmbərimiz Muhəmmədin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) zövcələrini nəzərdə tutursunuzsa, onun bütün zövcələri iman gətrib və iman üzərində də dünyalarını dəyişiblər. Qeyd edək ki, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) zövcələri Əhli-Beytdən sayılırlar. Bu barədə ətraflı oxuyun:
Əgər digər peyğəmbərləri (onların hamısına Allahın salavatı olsun) nəzərdə tutursunuzsa, Quranda iki peyğəmbərin - Nuh və Lutun (onlara Allahın salavatı olsun) zövcələrinin iman gətirmədikləri bildirilir. Uca Allah bu xüsusda buyurur: "Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onlar Bizim əməlisaleh qullarımızdan iki qulun nikahı altında idilər. Onlar ərlərinə (iman gətiməməklə) xəyanət etdilər və ərləri onları Allahdan heç cür xilas edə bilmədilər. O qadınlara: “Oda girənlərlə birgə ikiniz də ora girin!”– deyildi" (ət-Təhrim, 10). Burada "xəyanət" dedikdə gətirdikləri dini qəbul etməməkləri nəzərdə tutulur.