Namaza yeni başlamaq istəyən kəs qüsl almalıdırmı?

    02.07.2023
Kimdən: 
İlkin
Sual: 
Salam. Namaz qılmağa başlamaq niyyətindəyəm, inşaAllah. Allah nəsib etsin. Namaz qılmaqla əlaqəli videolarınızı da izləmişəm, çox kömək oldu. Allah sizlərdən razı olsun. Sadəcə başlamazdan öncə bəzi şeyləri özüm üçün dəqiqləşdirmək istəyirəm. Namaz qılmağa başlamazdan əvvəl qüsl alınmalıdır. Bu qüslun alınma qaydası necədir? Əgər sabah namaz qılmağa başlayacamsa, gecədən qüsl alıb yatmaq və səhər durub dəstəmaz alıb namaza başlamaq olarmı? Bir də dəstəmazdan və hər namazdan öncə niyyət etmək lazımdır mi? Öncədən təşəkkürlər.
Cavab: 
Və aleykum salam. Namaza başlamanız münasibəti ilə sizi təbrik edirik, Uca Allaha dua edirik ki, sizi sabit etsin və sevdiklərinizlə birlikdə Cənnətə daxil etsin! Namaz qılmağa yeni başlayan insanın qüsl alması məsləhətdir. Çünki namaz qılan insan cənabət halında olmamalıdır, habelə hər dəfə təbii ehtiyaclarını (həm kiçik, həm böyük) ödəmək üçün ayaqyoluna getdikdə yuyunmalıdır. Gecədən qüsl alıb səhər dəstəmazla namaza başlamaq olar. Qüslün alınma qaydası barədə ətraflı oxuyun:

Niyyət qəlbdə olur və niyyəti hər dəfə dilə gətirməyə ehtiyac yoxdur, qəlbinizdə dəstəmaz almaq və namaz qılmaq məqsədinin olması artıq niyyətdir. Daha ətraflı:
Teqlər: 
Paylaş: