Litvada marketlərdə satılan ətləri alıb yemək olarmı?
Sual:
Salam Aleykum men Litvada yaşayıram ve burada sozsuzki toyuq eti bismillah ile kesilmir. Lakin marketlerde temiz sekilde qablasdirilmis formada var. Bu halda men me etmeliyem yeye bilerem yoxsa yox.
Cavab:
Va aleykum Salam. Uca Allah müsəlmanlara Kitab Əhlinin (xaçpərəst və yəhudilərin) kəsdikləri ətləri yeməyi halal etmişdir. Kitab Əhli heyvanı kəsərkən "bismilləh" deməsə belə onların kəsdikləri əti yemək icazəlidir. Uca Allah buyurur: "Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır...". (əl-Maidə, 5). Odur ki xristiyan ölkələrdə marketlərdə satılan ətləri alıb yeyə bilərsiniz. Ətraflı oxuyun: