Heyvan kəsərkən axan qan nəcisdirmi?
Va aleykum Salam. Heyvan kəsərkən axan qan "dəm məsfuh" (axan qan) adlanır və bu qan İslam alimlərinin yekdil rəyinə görə nəcis (murdar) sayılır. Uca Allah bu xüsusda buyurur: "De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm" (əl-Ənam, 145). İbn Kəsir bu ayənin təfsirində demişdir: "İbn Abbas (Allah ondan razı olsun) ayədə keşən “axar qan” sözünü heyvan kəsərkən axıdılan qan kimi təfsir etmişdir. İkrimə (Allah ona rəhmət etsin) Uca Allahın: “axar qan” sözünün təfsirində demişdir: "Əgər bu ayə olmasaydı, insanlar yəhudilər kimi heyvanların damarlarında axan qana tamah salardılar”. Qatədə (Allah ona rəhmət etsin) demişdir: "Uca Allah qanlardan axar qanı haram etmişdir. Ətə qarışan qana gəlincə, onu yeməkdə bir qəbahət yoxdur”. (İbn Əbu Hatim, 8013; ət-Tabəri, 14087, 14143).
Odur ki, namaz qılmazdan əvvəl heyvan kəsərkən paltara düşən qanı təmizləmək və ya bu paltarı dəyişmək lazımdır. Çünki libasın təmiz olması namazın şərtlərindən biridir. Alimlər paltara düşən cüzi qanın isə bağışlanan olduğunu bildirmişlər. Həmçinin oxuyun: