Dəlillər əsasında, murdarlığı isbat olunan şeylər
1 , 2: İnsan sidiyi və nəcisi:
Nəcisin mundar olması, Əbu Hureyrənin Peyğəmbərdən (S.A.V.) rəvayət etdiyi bu hədisə əsaslanır: "Sizlərdən birinizin ayaqqabısı pisliyə (nəcisə) batarsa, torpaq onu təmizlər"[1]
Hədisdə qeyd olunan pislik (ərəb. əl-Əzə) sözü insana narahatçılıq yaradan: ayağın nəcisə və ya başqa mundar bir şeyə batması, yaxud daşa dəyməsi və ya ayağa tikan batması və s. bu kimi şeylərə şamil olunur.[2] Amma sözün hədisdəki mənası, göründüyü kimi nəcis mənasında işlədilmişdir.
Sidiyin murdar olmasına dəlil, Ənəsin rəvayət etdiyi hədisdir. Hədisdə deyilir ki, bir nəfər bədəvi məscidə yüngül subaşına çıxır. Bəziləri qalxıb ona mane olmaq istəyəndə Peyğəmbər (S.A.V.) dedi: "İşiniz yoxdur, ona mane olmayın". Rəvayətçi deyir ki, bədəvi işini bitirdikdən sonra Peyğəmbər (S.A.V.) bir qab su gətizdirib oraya tökdü[3].
3, 4: Məzi və vadi:
Məzi: Kişi və qadınlarda şəhvət hissi başlayarkən ifraz olunan ağ, yapışqan, duru mayedir. Belə ki, bu maye şəhvət hissi zamanı ifraz olunur. Amma bu şəhvətsiz və təzyiq olmadan ifraz olunur. İfrazatdan sonra halsızlıq gəlmir və hətta onun ifraz olunması hiss olunmaya bilər[4].
Bu maye murdar sıyılır və Peyğəmbər (S.A.V.) cinsiyyət orqanlarının bu mayedən yuyulub təmizlənməsini əmr etmişdir.
Əli deyir ki, məndən çoxlu məzi ifraz olunurdu. Amma mən Fatiməyə görə bu haqda Peyğəmbərdən (S.A.V.) soruşmağa utanırdım. Ona görə bu haqda soruşmağı Miqdad ibn əl-Əsvədə tapşırdım. O Peyğəmbərdən (S.A.V.) bu haqda soruşub belə cavab aldı: "Həmin adam cinsiyyət orqanını yusun, sonra dəstəmaz alsın"[5].
Vadi: Sidikdən sonra ifraz olunan ağ və qatı mayedir[6].
Bu maye də murdar sayılır.
İbn Abbas deyir: "Məni, məzi və vadinin hökmü belədir: Məni ifraz olunduqda qüsl alınır. Məzi və vadi ifraz olunduqda isə cinsiyyət orqanını yu və namaz üçün aldığın dəstəmazı et"[7].
5. Əti yeyilməyən heyvanların ifrazatı:
Abdullah deyir ki, Peyğəmbər (S.A.V.) subaşından sonra təmizlənmək üçün mənə "üç ədəd daş gətirməyi" buyurdu. Mən ikisini daş, birini isə eşşək peyini gətirdim. O daşları götürüb, eşşək peyinini tulladı və dedi: "Bu, murdardır"[8].
6. Aybaşı qanı:
Əsma binti Əbu Bəkr deyir ki, bir qadın Peyğəmbərin (S.A.V.) yanına gəlib dedi: "Bəzən paltarımıza aybaşı qanı dəyir, biz nə edək?" O dedi: "Həmin yeri qaşıyıb, su ilə ovxaladıqdan sonra yuyub, o paltarda namaz qıla bilərsən"[9].
7. İtin ağız suyu:
Əbu Hureyrə (A.R.O.), Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Biriniz, it yalayan qabını təmizləmək istədikdə, onu birincisi torpaq, qalanları isə su ilə yeddi dəfə yusun"[10].
8. Leş:
Leş: Hansısa səbəbdən kəsilmədən ölmüş (heyvan) cəsədə deyilir.
Bu haqda Peyğəmbər (S.A.V.) belə demişdir: "Ölmüş (haram olmuş) heyvanın dərisi aşılanarsa, təmiz olar"[11]
Hədisin ərəbcəsində "İhab" sözü keçir və bu söz ölmüş (haram olmuş) heyvanın dərisi mənasını verir. Ölmüş (haram olmuş) heyvanlardan bunlar istisna edilir:
1. Balıq və çəyirtkə ölüsü. Bunun əsası İbn Ömərin (A.R.O.) Peyğəmbərdən (S.A.V.) rəvayət etdiyi hədisdir. Demək hədisdə deyilir ki, "İki növ ölü və iki növ qan bizə halal edilmişdir. İki növ ölü, balıq və çəyirtkə ölüsüdür. İki növ qan isə, qaraciyər və dalaqdır"[12].
2. Cəsədində axar qan olmayan ölü leşlər. Milçək, qarışqa, arı və bu kimi canlılar.
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Əgər kiminsə (yemək və ya su) qabına milçək düşsə onu tam batırsın sonra kənara atsın. Çünki onun bir qanadında dərd, digərində isə ona qarşı dərman vardır"[13].
3. Əslinə baxaraq hər şeyin pak olması baxımından, ölmüş heyvanın sümüyü, buynuzu, dırnağı, tükü, lələyi təmiz sayılır. Həmçinin Buxarinin Müəlləq[14] rəvayəti də buna dəlildir. Orada deyilir ki, İmam Zuhri fil və bu kimi ölmüş heyvanların sümükləri haqqında demişdir: "Sələf alimlərinin bu sümüklərdən hazırlanmış daraqlarla darandıqlarını və (saçlarını) yağlandıqlarını gördüm. Onlar bunda heç bir qüsur görmürdülər". Həmmad adlı alim isə belə demişdir: "Ölmüş heyvanın lələyini istifadə etmək olar"[15].