Qadın yaşlı olduğu üçün ərinin cinsi istəyindən imtina edə bilərmi?
Sual:
Salam aleyküm
Gadın Namaz gılarken her hansı bir maye axıntını hiss etdikde ( mayenin hansı maye olduğunu bele bilmedikçe)namazdan cıxmalıdırmı ve ya davam etmelir?
İkinci sualım ise eyer gadın yaş sebebine göre( gadın yaşlanarken bu hal onlar ücün hem piskologi hem de fiziki baxımdan cox eziyyet vericisi. Teessüfler olsun bu haldan hec kim behs etmir.)erinin yatağa gelmek devetinden imtina ederse bu ona günah sayılırmı?
Gadın erine ikinci defe evlenmeyide meslehet görür, amma kişi başga gadınla evlenmeyeceyini deyir.
Allah razı olsun. Allah eliminize bereket versin!
Cavab:
Və aleykum Salam.
1) Namaz əsnasında axıntı baş verərsə (axıntının növündən asılı olmayaraq) bu axıntı qadının namazını batil edir. Lakin əgər axıntı tez-tez olursa, bu halda qadın üzürlü sayılır və bu amil ounun dəstəmazını pozmur. Bu barədə ətraflı oxuyun:
2) Qadın yalnız şəriətin buyurduğu ciddi üzrlü səbəblərə görə ərinin istəyinə tabe olmaya bilər. Şəriətin buyurduğu üzrlü səbəb olmasa ərinin cinsi istəyinə imtina etməsi haramdır. Ətraflı oxuyun: