Qadın daimi axıntı gəldiyi halda namazlarına davam edə bilərmi?

    26.10.2017
Sual: 
Qadinan gelen ifrazat qusulu pozur ve buna gore mualice alinan zaman namazida davam edire bilerem ama ifrazat gelir her saatda
Cavab: 
Salam aleykum. İfrazatın tez-tez gəlməsi qüslu yox, dəstəmazı pozduğu üçün bu hal baş verdikdə yalnız dəstəmaz almaq kifayətdir. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: "Məndən çoxlu məzi ifraz olunurdu. Amma mən Fatiməyə görə bu haqda Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) soruşmağa utanırdım. Ona görə bu haqda soruşmağı Miqdad ibn əl-Əsvədə tapşırdım. O, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) bu haqda soruşub belə cavab aldı: "Həmin adam cinsiyyət orqanını yusun, sonra dəstəmaz alsın". (əl-Buxari, 132; Muslim, 303)Axıntı arası kəsilmədən gəlirsə, siz üzrlü sayılırsınız. Bu halda hər namazdan əvvəl dəstəmaz alaraq namaz qılmalı və namaz əsnasında gələn axıntıya fikir verməməlisiniz. Həmçinin oxuyun: 
Paylaş: