Sütrə qoymayan şəxsin səcdə etdiyi yerdən hansı məsafədə uzaqlıqda qarşısından keçmək olar?

    13.07.2023
Kimdən: 
Nala
Sual: 
Salam aleykum Evde mamaz gılarken sütreye ehtiyac varmı? Men evde yoldaşımla namaz gılarken aramızda 2 metreden cox mesafe olur. Men sünne namazları gılarken yoldaşım dayanıb bitirmeyimi gözleyir. Sizin biliyinize göre arada bu geder mesafe varsa, yene sütreye ehtiyac varmı? Ve ümümiyyetle sütresi olmayan shexsin önünden hansı mesafeden kecmek izinlidir.? Allah razı olsun!
Cavab: 

Va aleykum Salam. Evdə olsanız belə, namaz qılarkən sütrə qoymaq və sütrəyə tərəf namaz qılmaq sünnədir. Namaz qılan şəxs sütrə qoymamışsa, səcdə etdiyi yerdən bir dirsək uzaqlıqdan keçməkdə bir qadağan yoxdur. Çünki qadağan olunan namaz qılanın ayaqları ilə səcdə etdiyi yerin arasından keçməkdir. Səcdə etdiyi yerdən kənar isə onun qarşısı sayılmır. Ətraflı oxuyun:

Sütrə nədir və bu haqda məlumat verə bilərsinizmi?

Teqlər: 
Paylaş: