Quranı azərbaycan hərfləri ilə oxuyan savab qazanırmı?
Sual:
Salam Aleykum
Quranı azerbaycan herfleri ile oxusaq savab sayılır?
Cavab:
Va aleykum Salam. Quranı ərəbcə azərbaycan hərfləri ilə (transkripsiyasını) oxumaq düzgün deyil. Çünki Azərbaycan dili ilə ərəb dilində olan hərflər arasında böyük fərq var və bir çox ərəb hərflərinin azərbaycan dilində qarşılığı yoxdur. Quranı ərəbcə oxumağı öyrənməyinizi məsləhət görürük, bu çox asandır. Quranı azərbaycan dilində mənasını oxumaq hər ayəyə 10 savab olmasa da, ümumən onu oxuyan savab qazanır. Daha ətraflı: Quran və təcvid əhkamları