Təyəmmüm edib orucu tutmaq olarmı?

    24.07.2023
Kimdən: 
Gunel
Sual: 
Salam cox xahis edirem mene bir cavab yazardiz bu ayda cox vacibdi,men oruc tutub namaz qiliram,uzr isteyirem bu ayda yoldasimdan 10-15 gun yaxinliq istmirem cunki subh azanina qeder men qusul ala bilmirem isti su gelmir gerek suyu qizdiram biraz eziyyet teleb edir yoldasimda menden narazidi 1-ci sualim budur menim orucum batilmi olur ?men onu razi sala bilmirem.2-ci sualimda budurki bu veziyyetde men teyemmum ede bilerem?yeni su soyuqdu deye qusul ala bilmirem .
Cavab: 

Va aleykum Salam.

1) Şəriətlə icazə verilən hallar istisna olmaqla, qadın ərinin cinsi istəyinə etiraz edə bilməz. Bu barədə ətraflı oxuyun:

Kişi öz qadınını yatağına dəvət etdikdə qadını imtina edə bilərmi?

Ərin qadından narazı qalması qadının orucunun qəbul olunmasına maneə deyil. Qadının orucu səhih sayılır. 


2) Əgər qüsl almaqda çətinlik varsa və ya xəstələnmək ehtimalı varsa, bu halda təyəmmüm etmək icazəlidir və təyəmmüm edərək orucu tutmaq icazəlidir. 

Teqlər: 
Paylaş: