Namazı səhv öyrənib sonra səhvlərini düzəldən şəxsin səhv qıldığı namazlar qəbuldurmu?
Sual:
Salam Aleykum. Namaza teze başlayanda bir yaxinimdan soruşdum namaz qilma qaydasini mene video atdi ona baxib öyrenib namazimi qildim . Burda qadinlarin namazi idi rüku edende biraz eyilmek dirsekleri yere qoyub qollari yana bitişdirmek bele gösterilirdi mende ele qildim lakin daha sonra başqa birinden soruşanda o dedi sehv qilmişam .4 ay olarki namaz qiliram bir aydan çox olarki araşdirib düzgün qilma qaydasinda qiliram . Bes o diger qaydada qildiğim namazlari Allah qebul eleyermi ? Sehihdirmi ? Çünki onlari qeza etmek çetindi deqiq tarixi yadimda deyil ayin neçesinde namaza başlamişamsa
Cavab:
Və aleykum Salam. Bundan əvvəl bilmədən səhv qıldığınız namazlar səhihdir və bu namazları yenidən qılmağa ehtiyac yoxdur. Çünki Uca Allah bilmədən edilən səhvləri bağışlayır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5).
Həmçinin Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurub: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (əl-Buxari, 22; Əbu Davud , 17). Ətraflı oxuyun: