Əvvəllər səhv qılınan namazlar yenidən qılınmalıdırmı?

    29.07.2021
Sual: 
Salam aleykum , eger evvel duz bildiyimiz lakin sehv qildigimiz namazlar soradan sehv etdiymizi oyrendikde qeza namazi qilmaq lazimdirmi?
Cavab: 

Va aleykum Salam. Səhvən düz qılmadığınız namazları yenidən qılmağa ehtiyac yoxdur. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5). Həmçinin buyurur: "Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma!" , yəni vacib bir əməli etdikdə nəyisə unutsaq və ya unudaraq günah etsək, yaxud hər hansı bir əməli bilməyərək düzgün yerinə yetirməsək, bizi cəzalandırma!
Həmçinin Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurub: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (Səhih əl-Buxari 22; Əbu Davud 17). Həmçinin oxuyun:
Keçmişdə bilməyərək səhv aldığım dəstəmaz və ya qüsl qəbul olunurmu?
Keçmiş illərin qəza namazları qılnmalıdır?

Teqlər: 
Paylaş: