İmamın arxasında dayananlar səfi hansı şəkildə doldurmalıdırlar?
Və aleykum Salam. İmamın arxasında namaz qılanlar ortadan başlayaraq həm sağ, həm də sol tərəfə eyni qaydada səfləri doldurmalıdırlar. Yəni səfə qoşulmaq istəyənlər ortada - imamın arxasında dayananlara qoşularaq həm sağ, həm də sol tərəfi doldurmalıdırlar. Beləcə səf tam dolana qədər həm sağ, həm də sol tərəfdən qoşulmalıdırlar. Bir səfdə dayananlar arasında ara məsafəsinin olması düzgün deyil. Ənəs ibn Məlik (Allah ondan razı olsun), Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Səflərinizi düzəldin, səflərin arasını yaxınlaşdırın, çiyinlərinizi də bərabər tutun. Nəfsim əlində olana and olsun, mən şeytanın səflərin boşluqlarından necə keçdiyini görürəm. O, sanki qara rəngli kiçik qoyuna bənzəyir". (Əbu Dəvud, 621; Əbu Dəvud, 2/0366/653; ən-Nəsəi, 2/92). Ətraflı oxuyun: