Üç müxtəlif suala cavab

    20.05.2014
Sual: 
Assalamu aleykum necesiz? size bir nece sual verecem insALLAH.1sef secdesi nece edilir ve necenci ruketde edilir sozleri necedir izahli hem sozle hemde izahla yazardizda..2 evde maykada ve wortikde ola ola destamaz almaq olar?. 3 bir insana islamin gozelliylerini anladanda ve yaxud ALLAhin bize bexs etdiyi gozelliyleri ve peyqemberimizin heyatindan danisanda gozlerinden yas gelmesi qebahedirmi? ALLAH elmivizi artirsin assalamu aleykum.
Cavab: 

Aleykum salam.
1) Şəriətə görə namaz qıldıqda namazın vacib əsaslarından birini səhvən və ya unudaraq etməzsə, bu zaman ona namazın sonunda səcdə etmək lazım gəlir. Bu səcdəyə səhv səcdəsi deyilir. Səhv səcdəsi namazın qüsurlarını örtür.
Səhv səcdələrinin sayı ikidir. Bu barədə hədislərin birində Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) belə buyurub:
“Sizdən biriniz öz namazında şübhəyə düşərsə, düşünsün və gəldiyi qənaətə uyğun olaraq, namazını tamamlasın. Sonra isə salam versin və səhv səcdəsinə getsin, yəni, səhvinə görə iki dəfə səcdə etsin”. (Buxari. Namaz fəsli, 31).
Digər bir hədisdə də Peyğəmbər buyurur: “Biriniz namazını üçmü, dördmü rükət qıldığı haqda şübhəyə düşərsə, sübhəsini dəf etsin, qəti şəkildə bildiyinə uyğun olaraq namazını tamamlasın. Salam vermədən qabaq iki rükət səhv səcdəsi etsin”. (Buxari/Səhv, 6-7).
 Səhv səcdəsi həm salamdan qabaq, həm də sonra edilə bilər. Əgər namazda əskiklik, nöqsan varsa, səhv səcdəsi salamdan qabaq, artıqlıq varsa, salamdan sonra edilir. Salamdan sonra səhv səcdəsi etdikdə yenə salam verib namazı bitirmək lazımdır.
2) Qeyd etdiyiniz halda dəstəmaz ala bilərsiniz.
3) Allahı və Onun elçisini xatırladıqda gözdən yaş gəlməsi insanın imanına dəlalət edir və yaxşı hal hesab edilir. Allah Elçisi salləllahu aleyhi və səlləm buyur­muşdur: “Süd döşə geri qayıtmadığı kimi, Allah qorxusundan ağla­yan adam da Cəhənnəmə girməz. Həmçinin, Allah yolunda toz-torpaq ilə Cəhənnəm tüstüsü bir araya gəlməz”. (ət-Tirmizi, 1633).
Allah Elçisi demişdir: “İki gözə heç vaxt od toxunmayacaq; Allah qorxu­sundan ağlayan və gecəni Allah yolun­da keşik çəkərək keçirən göz”. (ət-Tirmizi, 1639). 
Allah Elçisi demişdir: “Üç nəfər vardır ki, onların gözləri Cəhənnəm odunu görmə­yəcək; Allah yolunda keşik çəkən, Allah qorxusundan ağlayan və Allahın haramlarından qoru­nan göz”. (ət-Tabərani “Mucəmul-Kəbir” 1003). 

Paylaş: