Lut qövmünün etdiyi əməli onlardan əvvəlkilər etmişdilərmi?

    29.08.2023
Kimdən: 
Anonim
Sual: 
Salam. Çox sağolun ki,belə bir sayt açıbsız. Var olun əziz qardaşlar. Belə bir sualəm var. İstəyərdim ki,geniş məlumat verəsiz. Deyirlər ki filan ildə doğulan insanın uğurlu və uğursuz istiqamətləri olur. Məsələn tutaq ki 1971 ci ildə doğulubsansa sənin uğurlu istiqamətin evlilik,iş istiqaməti şərq,şimal və cənub ola bilər. Əgər sən qərb istiqamətinə getsən işin alınmaz. Yəni Ailə qurmaq,iş, qazanc üçün şimal,cənub,şərq və cənub şərəqə getməlisən. Xahiş edirəm bunlar haqda məlumat verəsiz. Bunlara uymaq olarmı? İkinci sualım budur ki,kişilərin kişilərlə,qadınlarında qadınlarla cinsi əlaqəyə girməsi Lut qövmünün dövründən başlayıb yoxsa bu qövmlərdəndə əvvəlki qövmlərdə bu olub?
Cavab: 

Və aleykum Salam. 

1) Xeyr, bu düzgün deyil. Bu kimi inanclar batil, mövhumat və xurafat yönlü fikirlərdən qaynaqlanır. Düşər-düşməzliyə, rəqəmlərə və ya bürclərə inanmaq, müəyyən istiqamətlərə getməyin uğurlu və ya uğursuz olmasına inanmaq İslam dinindən xəbərsiz olan cahil insanlar arasında yayılan inanclardır, İslam dini bu kimi inancları inkar edir. Həmçinin müəyyən ildə anadan olan adamlar olduqca çoxdur və onların arasında dediyiniz proqnoza uyğun olanlar da ola bilər, lakin bu uyğunluq həmin fala görə deyil, insanların həyatda qarşılaşdıqları hadisələr nəticəsində olur. Bundan isə həmin falı hazırlayanlar öz batil etiqadlarını yaymaq üçün istifadə edirlər. O proqnozlara uyğun gəlməyən insaların həyatını isə heç kəs misal çəkmir, çünki bu, həmin proqnazla, fal ilə məşğul olan insanlara sərf etmir.

"Bürclərə inanmaq günahdır?"

Ulduz falına inanmaq barədə

2) Quran ayəsindən görünən budur ki, bu əməli ilk olaraq Lut qövmü etmişdir. Uca Allah buyurur: "Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə de­miş­di: “Siz­dən əvvəl aləmlər­dən heç kə­sin etmədiyi iyrənc əmə­li sizmi edə­cəksiniz?" (əl-Əraf, 80). Böyük təfsir alimi İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin təfsirində demişdir: 

"Lut ibn Haran ibn Azər İbrahim Xəlilin qardaşı oğludur. O, İbrahimlə birlikdə iman gətirmiş və onunla birlikdə Şam torpaqlarına hicrət etmişdi. Uca Allah onu Sədum xalqına və ətraf kəndlərə elçi göndərmişdi. Lut onları tək Allaha ibadət etməyə çağırır, yaxşı işlər gör­məyi bu­yurur və Adəm övladlarından heç kimin etmədiyi, ilk olaraq onların etdiyi bir günahı, haramı, yaramaz əməli – kişilərlə cinsi əlaqədə olmağı qadağan edirdi. Sədum xalqı (Allahın lənəti onların üzərinə olsun!) bu günahı etməyənə qədər Adəm oğulları bunu bilmirdilər, bunu etməmişdilər və ağıllarına belə gəlməmişdi".

Teqlər: 
Paylaş: