"Akart" və "m10" virtual kartlardan istifadə etmək olarmı?
Sual:
Salam Aleykum, gününüz xeyirli olsun.
Mənim 2 sualım olacaq.
1. VÖEN açmaq üçün fiziki və ya hüquqi şəxs olaraq, bank kartı açılması lazımdır. Bu günahdırmı?
2. Ölkəmizdə bank olmayan təşkilatların "Cashback" üçün istifadəyə verdiyi "akart" virtual kartı (Azercell tərəfindən hazırlanıb) və "m10" virtual kartı (PashaPay tərəfindən hazırlanıb) istifadə etmək günahdırmı?
Cavab:
Və aleykum Salam.
1) Kartda saxladığınız məbləğə görə üzərinə faiz gəlməyən kartlardan istifadə etmək icazəlidir. Ətraflı oxuyun:
Debet kartlarından istifadə etmək olarmı?
1) Kartda saxladığınız məbləğə görə üzərinə faiz gəlməyən kartlardan istifadə etmək icazəlidir. Ətraflı oxuyun:
Debet kartlarından istifadə etmək olarmı?
2) Sualda qeyd etdiyiniz "akart" və "m10" virtual kartı banklar tərəfindən təqdim edilmir və istifadəçiyə online ödənişlər zamanı "cashback" qazandırır. Odur ki, bu kartlardan istifadə etmək icazəlidir. Həmçinin oxuyun:
"Cashback" servisi halaldırmı?