Ərinə xəyanət edən qadın tövbə edərsə Allah onu bağışlayarmı?

    24.09.2023
Sual: 
Salam.Menim qelbimde sanki iki insan yaşayır.Biri günahkar,digeri ise her saniye özünü qınayan,etdiyi günahlar üçün özünü bağışlaya bilmeyen,hetta eledikleri üçün özüne nifret eden.Men evliyem,yoldaşım hebsdedir.uşaqlıqdan tanıdığım insanla dost kimi danışırdıq.sonra çox pis bir şerait yarandi ve yoldaşima xeyanet etdim.sanki yuxudaydım oyandım.özümü öldürmeye cehd etdim.bu günahla yaşaya bilmirem.utanıram,içim sıxılır dayana bilmirem.Men ne edim Allah meni bağışlasın?Özümle nece barişacam,heç kime danışa bilmirem.Allahin qezebinden çox qorxuram.Menim ağlıma bele eleyeceyim heç vaxt gelmezdi.Her kese meslehet veren olmuşam her zaman.Men etdiyime inana bilmirem.Bununla nece yaşayacam(
Cavab: 

Və aleykum Salam. Etdiyiniz əməl zina sayılır və bu böyük günahdır. Bu günahdan tövbə edin və Uca Allahdan bağışlanma diləyin! Peşman olmaq tövbənin şərtlərindən biridir. Bu barədə ətraflı oxuyun:


Hər bir insanın yanında onun qəlbinə xeyir əməlləri ilham edən və onu günahlardan çəkindirən bir mələk var. Peğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) doğru yola məsəl çəkərək belə demişdir: "Uca Allah kənarlarında divar olan dümdüz yolu məsəl çəkir. Bu divarlarda açıq qapılar vardır, qapıların üzərində isə pərdə asılmışdır. Yolun başında bir carçı: "Ey insanlar! Hamınız bu yola daxil olun. Bu yoldan çıxmayın!" - deyə çağırır. Bu yolun sonunda da bir carçı vardır. İnsan bu pərdələrdən birini açmaq istədikdə yolun sonundakı carçı: "Vay sənin halına! Bu pərdəni açma. Əgər onu açsan ora daxil olarsan!" - deyə səslənir. Doğru yol İslamdır, yolun kənarındakı divarlar Allahın qoyduğu hədlərdir. Açıq qapılar Allah haram etdikləridir. Yolun başındakı carçı Allahın Kitabıdır, yolun sonundakı carçı isə hər bir insanın qəlbində olan nəsihətçidir (mələkdir)". (Səhih əl-Cami, 3887). 
İnsanın ruhu bədənində olduğu müddətcə şeytan ona vəsvəsə verməkdə davam edir. Lakin insan bir günaha meyl etdikdə nəsihətçi mələk onu bundan çəkindirir. Bəzən insanın nəfsi istəyi ona qalib gəlir və şeytan insanı günaha salır. İnsanı günaha saldıqdan sonra şeytan insandan uzaqlaşır və onu tək qoyur. Məhz bu vaxt insan sanki yuxudan ayılır. Məhz bu səbəbdən dinimiz şeytanın addımları ilə getməyi qadağan etmişdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şey­ta­nın izi ilə getməyin. Kim şey­tanın izi ilə getsə, bilsin ki, o şey­tan iyrənc və yaramaz iş­lər gör­məyi əmr edir. Əgər Allahın si­zə lütfü və mərhə­məti olma­saydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. La­kin Allah istədiyini təmizə çı­xar­dır. Allah hər şeyi eşidəndir, hər şeyi bi­ləndir" (ən-Nur, 21). Uca Allah qadına naməhrəm kişilərlə ünsiyyət qurmağı qadağan etmişdir. Çünki bu, zinaya aparan yollardan biridir. Zina və ondan qorunmaq barədə ətraflı oxuyun:

Tövbə edib namaz, oruc, dua və s. bu kimi saleh əməllərinizi artırın. Uca Allah buyurur: Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır” (Hud, 114). Həmçinin oxuyun:
Paylaş: