Quranı və azanı avazla oxumaq düzgündürmü?

    23.05.2014
Kimdən: 
Cavid
Sual: 
As Salamu Aleykum. Namazın sozlerini, Quran ayetlerini, Azanı uzadaraq, avazla oxumaq düzgündürmü.?
Cavab: 

Aleykum salam. Quranı və azanı avazla oxumaq düzgündür. Amma bir şərtlə ki, avaz həddindən artıq uzadılaraq musiqiyə bənzədilməsin. Quranı və azanı avazla oxumağa Qurani Kərimin ayələri və səhih hədislər dəlalət edir. Uca Allah buyurur: "Quranı da aramla (ağır-ağır) oxu!" (əl-Muzzəmmil, 4).
Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) hədislərin birində buyurmuşdur: "Quranı səsinizlə bəzəyib, gözəlləşdirin".
Yuxarıda keçən ayə hədisi tam şəkildə açıqlayır. Belə ki, "Quranı avazla oxumayan bizdən deyil"  və ya "Quranı səsinizlə gözəlləşdirin" hədisləri bu ayəyə görə heç də musiqiyə dəlalət etmir. Ayə onu göstərir ki, hətta Quran oxuyarkən avazda belə həddi aşmamaq lazımdır. Ayədə deyildiyi kimi "Quranı da aramla (ağır-ağır) oxu!" (əl-Muzzəmmil, 4).
Azan namaza çağırış vasitəsi olduğu üçün onu da gözəl, məlahətli və uca səslə söyləmək lazımdır. Çünki azanın özü islama bir dəvət yoludur. Səhabələr (radıyəllahu anhum), xüsusəndə islamda ilk müəzzin olan həbəşistanlı Bilal ibn Rabəhə əl-Həbəşi (Allah ondan razı olsun) azan verdikdə gözəl və yüksək səslə ucadan azan verib müsəlmanları namaza səsləyərdi.

Teqlər: 
Paylaş: