Üç müxtəlif suala cavab
Sual:
Salam.Her vaxtiniz xeyir.Bezi seyleri deqiqlesdirmek isterdim.1.isde olduguma gore Zohr namazini qilmaga catmiram.Eve gelib Zohru Esrin vaxtinda qiliram.Namazlari birlesdirirem.Bu zaman Zihr namazi qeza kimi gedir?? 2.Men Qurani rus dilinde oxuya bilerem?? Rus dilinde daha aydin basa dusduyume ucun. 3.Sizin namaza aid video-nu ne vaxt izlemek mumkun olacaq?? Her seye gore tesekkurler.Minnetdaram.
Cavab:
Aleykum salam.
1) Çalışın iş yerinizdə günorta fasilə zamanı imkan tapıb zöhr namazını qılasınız. Çünki qeyd etdiyiniz kimi zöhr namazını daima buraxmaq düzgün deyildir. Uca Allah Qurani Kərimdə buyurur: "Namazları və xüsusi ilə də (günortadan sonrakı) orta namazı (əsr) qoruyun və Allah qarşısında mütiliklə durun". (əl Bəqərə, 238).
2) Hansı dildə rahat başa düşürsünüzsə, o dildə Quranın tərcüməsini oxuya bilərsiniz. Uca Allah buyurur: "(Ey Məkkə əhli!) Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, (mənasını ) anlayasınız". (Yusuf, 2).
3) Namazın təlimi haqqında videonun hazırlıq işləri gedir. İnşallah yaxın vaxtlarda istifadəçilərin ixtiyarına veriləcək.