Oğlan uşağı qız uşağından daha yaxşıdır?

    23.10.2023
Sual: 
Əssəlamu əleykum. 1.qadın niqab taxarkən gözlərinidə bağlamalıdır?mən niqabda gözün bağlanmamasın daha düzgün hesab edirəm.buna görə mənə günah yazılır? 2.oğlan uşağı qız uşağından daha yaxşıdır yoxsa bu fikir cahillikdir? Birdə kimsə öz uşağını abort etdirərsə, 4-5 aylıq ikən, onu öldurmüş kimi günah yazılır? 3.valideyn səndən necə olduğunu soruşanda,ona narahat olmasın deyə yalandan yaxşıyam,hər şey qaydasındadır demək olar? 4.imtahanlarda ayətül-kürsi,ixlas, Nas kimi surələr oxumaq olar? yaxşı yazmaq üçün?
Cavab: 
Va aleykum Salam. 

1) Ümumiyyətlə niqab taxmaq vacib deyil, müstəhəbdir. Niqab taxarkən gözlərin bağlanması da vacib deyil. Daha ətraflı:
Niqab geyinərkən qaşlar örtülməlidirmi?
Hicabla niqab arasındakı fərq nədədir?
Niqab bağlamağın şərtləri varmı?

2) Övlad Uca Allahın insana bəxş etdiyi nemətdir, fərq etməz, istər oğlan olsun, istər qız uşağı. Uca Allah bu xüsusda buyurur: "Göylərin və yerin mülkü Alla­ha məxsusdur. O, istədiyini yara­dır; ki­misinə qız uşaqları, kimisinə də oğlan uşaqları bəxş edir. Yaxud hər ikisindən – oğlan və qız uşaqları verir, is­tə­diyini də sonsuz edir. Hə­qiqətən, O, hər şeyi biləndir, qadirdir". (əş-Şura, 49-50). Dinimiz oğlan uşağı ilə qız uşağı arasında fərq qoymamış, əksinə belə edənlərin cahil kafirlərə oxşadığını bildirərək onları məzəmmət etmişdir. Uca Allah buyurur: "Onlardan birinə qızı ol­ması ilə müjdə verildikdə hik­kə­sin­dən üzü qap­qara qaralır. Verilən bəd xəbər ucba­tın­dan ca­maatdan gizlənir. Bil­mir nə et­sin, körpə­ni rüsvay­çı­lıq içində saxlasınmı, yoxsa onu torpağa göm­sün? Onların ver­dik­ləri qərar necə də pisdir!" (ən-Nəhl, 58-59). Daha ətraflı:
Qız olduğuna görə uşağı abort eləmək böyük günahdırmı?

3) Bu cavabı oxuyun: Yalan danışmaqdan çəkinin!

4) İmtahanda cavabları yaxşı yazmaq üçün ilk növbədə səbəblərdən tutunub imtahana yaxşı hazırlaşmaq lazımdır, sonra isə Allaha təvəkkül edib Ondan asanlaşdırma diləmək lazımdır. Həmçinin oxuyun: Bir iş ağır gəldikdə edilən dua

Teqlər: 
Paylaş: