Qız olduğuna görə uşağı abort eləmək böyük günahdırmı?
Və aleykum Salam. Aborta yalnız ananın sağlamlığı üçün ciddi təhlükə yarandıqda icazə verilir. Digər hallarda isə abort etmək böyük günahdır. Belə bir günahın tövbəsinin qəbul olunmasına gəldikdə isə şübhəsiz ki, tövbələri qəbul edən Uca Allahdır, lakin bilərəkdən böyük günahlara qapı açmaq da insanın tövbə etməsinə müvəffəq olmamasına səbəb ola bilər. Odur ki, Allahın verdiyinə qane olaraq şükr etmək və bu əməldən çəkinmək lazımdır. Habelə, Uca Allahın gələcəkdə sizə sağlam və əməli saleh bir oğlan övladı verməsi üçün çoxlu dualar edin. Həmçinin oxuyun:
Abort edən qadın tövbə etsə, bağışlanarmı?
Həkimlər uşağın xəstə doğulacağını deyərsə, abort etdirmək olarmı?
Üç qızı olan Cənnətə girirmi və digər suallar
Dualarımın qəbul olması üçün nə edim?