Namaza yeni başlayan 40 gün ərzində dəstəmazsız namaz qıla bilərmi?
Sual:
Salam Aleykum.Namaza yeni baslayanlar ilk 40 gün erzinde destemazsız bele namaz qılmaqları ile bağlı bilginiz varmi İnşallah?
Cavab:
Və aleykum Salam. Namazın qəbul olunması üçün şərtlərdən biri də dəstəmazlı olmaqdır. Dəstəmazsız qılınan namaz qəbul deyil. Bu həm yeni başlayana aiddir, həm də çoxdan qılana. Uca Allah buyurur: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun!" (əl-Maidə, 6). Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Sizdən birinizin dəstəmazı pozulduqda dəstəmaz almayınca Allah onun (dəstəmazsız qıldığı) namazını qəbul etməz". (əl-Buxari, 6954; Muslim, 536). Daha ətraflı: Namazın şərtləri hansılardır?