Məsciddə telefonla danışmaq olarmı?
Sual:
Salam aleykum. Mescide telefonan danışmaq olar mı?
Cavab:
Və aleykum Salam. Ümumiyyətlə məscidə gələn insan gərək məsciddə dünyəvi söhbətlər etməkdən, habelə ibadət edənlərə mane olan əməllərdən çəkinsin. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) məsciddə dünyəvi işlərlə məşğul olmağı qadağan edərək demişdir: "Elə zaman gələcək ki, insanlar məscidlərə toplaşıb dünya işləri barədə danışacaqlar. Belə edən insanlar bilsinlər ki, Uca Allahın onlara ehtiyacı yoxdur. Onlarla bir yerdə oturmayın" (Mustədrək, 4/359). Məscidə gələn insanın zərurət olmadan telefonla danışmamalı, zərurət yarandıqda isə ya çölə çıxmalı, ya da danışarkən səsini qaldırmamalıdır. Həmçinin oxuyun: