Dropshipping icazəlidirmi?

    05.12.2023
Kimdən: 
Sual verən
Sual: 
Əssələmu Aleykum va Rahmətullahi va Bərakətuh. Dropshipping icazəlidirmi? Zəhmət olmasa bunu araşdırıb, dəqiq cavab verə bilərsinizmi. Allah sizə bərəkət versin.
Cavab: 

Və aleykum salam. Sualda qeyd etdiyiniz ticarət növü icazəli deyil, çünki bir malı əldə etməmiş onu satmaq "sahib olmadığın bir malı satmaq" hökmünə daxildir. Bu isə icazə verilməyən ticarət növünə aiddir. Həkim ibn Hizəm (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdum: "Ey Allahın Elçisi, olur ki, yanıma bir insan gəlir və məndə olmayan bir şeyi ona satmağımı istəyir. Mən də ondan malın pulunu alıram sonra gedib bazardan o malı onun üçün alıram". Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Sənin olmayan bir malı satma!" (ən-Nəsəi, 4613; Əbu Davud, 3503; ət-Tirmizi, 3212). Həmçinin bir malı satmaq üçün o mal sizin mülkiyyətinizə keçməlidir. Zeyd ibn Sabit (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) tacirlərə bir malı satıldığı yerdən daşınmamış başqasına satmağı qadağan etmişdir. (Əbu Davud, 3499). Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: