Hicablı qadın açıq-saçıq geyinən qadına qibtə edə bilərmi?
Sual:
Salamaleykum
Eger hansısa xanımlar açıq saçıq geyimi ile özlerini, öz gözelliklerini her kese gösterirse ve hetta bele xanımların paxıllıqlarını çekdiyinide özleri fikirleşirse ve bele xanımların kişilerde fikirlerini özünü beyenirse (halbuki Allah Quran kitabında qadınlara namehremden qorunmağı emr edib) ( ve ola bilerki hansısa hicablı xanımlardada bele bir şey fikirlerine pislikler salsın ele bilerler yaxşı deyiller qapalı olduqlarına göre) her xanıma da aid deyil.
Yeni deyer ele xanımlara hesed aparmağa?
Cavab:
Və aleykum Salam. Belə qadınlara həsəd aparmağa dəyməz. Çünki əslində açıq-saçıq qadınlar hicablı qadınlara qibtə etməlidirlər ki, hicablı qadınlara verilən iman və iffət neməti onlara verilməyib. Allahın əmrinə tabe olub hicab geyinən və özünü naməhrəmlərin baxışlarından qoruyan qadına ən böyük nemət - hidayət neməti verilmişdir. Hidayət neməti Uca Allahın insana verdiyi ən əzəmətli nemətdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah sizin zahiri görünüşünüzə və mal-dövlətinizə baxmır. Əksinə, O, sizin qəlbinizə və əməllərinizə baxır" (Səhih Muslim, 6708). Həmçinin oxuyun: