Ömərin (Allah ondan razı olsun) döyüşdən qaçması doğrudurmu?
Və aleykum Salam. Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) heç bir döyüşdən qaçmayıb və Peyğəmbərlə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) keçirilən bütün döyüşlərdə iştirak etmişdir. İbn əl-Cəuzi (Allah ona rəhmət etsin) demişdir: "Alimlər yekdilliklə ittifaq etmişlər ki, Ömər (Allah ondan razı olsun) Bədr, Uhud və digər Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) keçirdiyi döyüşlərin hamısında iştirak etmiş və heç bir döyüşdən geri qalmamışdır. İbn Sad demişdir: "Tarixçilər bildirmişlər ki, Ömər (Allah ondan razı olsun) Bədr, Uhud və digər döyüşlərin hamısında şəxsən iştirak etmişdir". (Mənəqib Əmir əl-Muminin, səh. 88). İbn Sab həmçinin demişdir: "Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) Bədr, Uhud, Xəndək və digər Peyğəmbərlə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) keçirilən bütün döyüşlərin hamısında iştirak etmişdir. Ömər (Allah ondan razı olsun) həmçinin bir çox döyüşlərdə sərkərdə kimi ordunun başında çıxmışdır" (ət-Tabəqat əl-Kubra, 3/272). Həmçinin Ömərin (Allah ondan razı olsun) Fatiməni (Allah ondan razı olsun) qapı arxasında qoyması da yalandır. Bu barədə ətraflı oxuyun:
Ömərin Fatiməni qapının arasında qoyaraq öldürməsi iddiası doğrudurmu?