Dəstəmaz alarkən saqqal necə yuyulmalıdır?

    13.12.2023
Sual: 
Salam Aleykum. Eger bir defeye birden çox suala cavab vermirsinizse yalnız ikinci suala cavab verersiniz İnşallah.1.Eger insan Destemaz vaxti vesveselere dusurse ki quru yer qaldi ve destemazi uzanirsa bir muddet bu subhelere fikir vermeyib tez almaq olarmı İnşallah. 2.Destemaz zamanı saqqalı nece düzgün yumaq olar İnşallah. İnce ve qalın ayrılıqda izah ede bilersinizmi İnşallah. 3.Eger çox vaxt destemaz ve ya namaz vaxtı sidik damcısı düşürse bu veziyyetde insan üzürlü sayılır mı İnşallah.
Cavab: 

Və aleykum Salam. 

1) Dəstəmaz alarkən insana gələn "quru yer qaldı" vəsvəsəsi şeytandandır və belə vəsvəsələrə fikir verməmək, dəsətmazı davam edib tamamlamaq lazımdır. Ətraflı oxuyun:

Təmizliklə bağlı gələn vəsvəsələrdən necə xilas olum?


2) Əgər saqqal seyrəkdirsə onun dibinə su çatdırmaq vacibdir. Yox əgər saqqal sıxdırsa onun dibinə su çatdırmaq vacib sayılmır. Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəstəmaz alarkən bir ovuc su alar və onu çənəsinin altına sürtüb, saqqalının dibinə yeridər və deyərdi: "İzzət və cəlal sahibi Rəbbim, mənə belə əmr etmişdir" (Əbu Davud, 145; əl-Beyhəqi; 54). 


3) Bu cavabları oxuyun:

Dəstəmazdan sonra alt paltarına damcı düşərsə, onu dəyişmək lazımdırmı?

Hər dəfə yuyunduqdan sonra paltarıma sidiyin bulaşması haqda vəsvəsə gəlir, bundan necə qurtulum?

Teqlər: 
Paylaş: