Birlik naminə yeni ili keçirmək olarmı?
Sual:
Salam. Dində yeni il bayramı qeyd etmək günah kimi görülür xristianların bayramı olduğu üçün. Amma Allah hamını birliyə çağırıb belə olanda bayramı qeyd etmək günah olur?
Cavab:
Və aleykum Salam. Uca Allah insanları Allaha itaətdə və Allahın sevib razı qaldığı əməllərdə birləşməyi əmr edir. Allah müsəlmanlara Allaha asilik olan əməllərdə kafirlərlə birlikdə olmamağı, onlara bənzəməməyi əmr edir. Uca Allah buyurur: "Sonra səni də dində şəriət yoluna yönəltdik. Sən ona tabe ol və haqqı bilməyənlərin istəklərinə tabe olma!" (əl-Casiyə, 18). Uca Allah bu ayədə Peyğəmbəri (Allahın ona və ailəsinə salavatı və salamı olsun) və onun ümmətini kafirlərin istəyinə tabe olmaqdan çəkindirmişdir. Həmçinin oxuyun: