Ateistlərin hazırladığı videoya baxıb şübhəyə düşmək sonra tövbə etmək insanı dindən çıxarırmı?

    06.02.2024
Kimdən: 
Aytac
Sual: 
Allah niyə qadınları aldadıcı vasitə kimi göstərir deyərək şübhələrim oldu (Buna dair ateist videosunu gördüm, pis hiss etdim, Allahın hökmü ən doğrusudur dedim amma görəsən niyə deyərək şəkkə düşdüm,).Sonrasında dostumla dinlə bağlı söhbət edərkən dedim ki, onsuzda dünya həyatı imtahandır, mən yoldaş baxımından ya imtahan olunaramsa? buna görə evlənmək istəmirəm və s. dedim. Çünki özümüm həmin düşüncələrin təsiri altında aldadıcı vasitə kimi görürdüm. Dəyərsiz hiss etdim. Allahın ayəsi məni dəyərsiz hiss etdirdi dedim öz özümə. Evə gəlib araşdırma etdim və təfsir oxudum.Səhv etdiyimin fərqinə vardım,tövbə etdim. Sualım odur ki, indi mən bu hərəkətimə görə tövbə edənə kimi kafir olmuşam?
Cavab: 

Əssələmu aleykum. İnsana müvəqqəti gəlib-gedən şübhələr insanın imanına təsir etmir və onu dindən çıxarmır. Əgər insan ona gələn şübhələrlə razılaşmırsa, bu şübhələri dəf etməyə çalışırsa və sonda dəf edirsə, belə şübhələr insanın imanına təsir etmir. Əlavə olaraq sizə tövsiyəmiz budur ki, ateist və qeyri-müsəlmanların İslam dininə tən etmək məqsədilə hazırladığı videolara baxmayasınız, məqalələri oxumayasınız. Dini qorumaq çox önəmlidir. Odur ki şübhələrə düşməmək üçün bu növ videolardan və məqalələrdən çəkinin. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: