Vacib və kamil qüslün fərqi nədir?

    19.02.2024
Kimdən: 
Qurban
Sual: 
Salam Aleykum. Men her defe qüsl pozulanda vacib qüsl alıram. Vacib ve kamil qüsl eyni hallarda edilir? Yəni feqli hallarda edilir yoxsa sadece vacib daha asan , kamil qüsl daha qeliz formadı? Saytdakı qüsl bölməsini oxudum nece alınma forması var idi amma tam olaraq ferq nedi, niye alınır yazılmamışdı. Zehmet olmasa cavablandırardız. Allah size bereket versin
Cavab: 

Və aleykum Salam. 

Vacib qüsl - "bismilləh" deyib ağız və burunu yaxalamaq, başı və bütün bədəni su ilə yumaqdır. Bununla da insan boynunda olan vacibi ödəmiş hesab olunur.

Kamil qüsldə isə - "bismilləh" deyib əlləri yumaq, sonra cinsiyyət üzvünü yumaq, sonra dəstəmaz almaq lazımdır. Sonra üç dəfə başa su töküb əl ilə suyu saçların dibinə çatdırmaq, sonra bədənin qalan yerini üç dəfə yumaq, sonra isə ayaqları yumaq lazımdır. Ətraflı oxuyun:

Qüsl hansı hallarda və necə alınır?

Teqlər: 
Paylaş: